Dünya futbolu
Van Qal: “Komandamı istədiyim kimi hazırlaşdıra bilmirəm”
"Mançester Yunayted"in baş məşqçisi Lui Van…
"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal yeni il ərəfəsində İngiltərə Premyer Liqasında yaranan təqvimdən şikayətlənib. Futbolinfo.az xəbər verir ki, o, belə sıx qrafikin yolverilməz olduğunu bildirib:
"FİFA və UEFA 48 saatdan az fasilə ilə matçların keçirilməsini qadağan edir. Ancaq İngiltərədə belə hallar müşahidə olunur. Komandamı istədiyim kimi hazırlaşdıra bilmirəm. Məşqçilərlə məsləhətləşmək, oyunçularla ikitərəfli görüşlər keçirmək və rəqibi analiz etmək lazımdı. Ancaq bizim bunun üçün vaxtımız olmur".
Daha öncə “Çelsi”nin baş məşqçisi Joze Mourinyo da analoji problemdən şikayətlənmişdi.