Dünya futbolu
Ronaldonun 2014-cü il təəssüratları
Madrid "Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronald…
Madrid "Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilin başa çatması münasibətiilə təəssüratlarını bölüşüb. Futbolinfo.az xəbər verir ki, "AS" nəşrinə danışan Ronaldo 2014-cü ildə qazanılan uğurlardan söhbət açıb:
"2014-cü ildə İspaniya Kuboku, Çempionlar Liqasının finalında, UEFA Superkuboku uğrunda və Klublararası DÇ-nin final oyunlarda gözəl anlar yaşadıq. Bu uğurları bütün "madridista"lara və Florentino Peres başda olmaqla, klub rəhbərliyinə həsr edirik. Qazandığımız bu 4 tituldan hər birinin öz yeri var. Amma mənim üçün ən yadda qalan görüş Lissabonda baş tutan Çempionlar Liqasının final oyunu idi. Ümid edirəm ki, 2015-ci il bizim üçün daha uğurlu olar. Komanda ruhu daha yüksək nailiyyətlər əldə etməyə imkan verir. Çünki "Real” iştirak etdiyi bütün turnirlərdə əsas favoritlərdən olub. Karlo Ançelottinin əməyini xüsusi qeyd etməliyəm. Həm yaxşı məşqçi, həm də yaxşı insandı. Ondan çox razıyıq. Birlikdə ailə kimiyik və 2014-cü ildəki mükafatlarla kifayətlənmək niyyətində deyilik. Yeni ildə hər kəsə sağlamlıq arzulayıram. 2015-ci ilin, xüsusilə ehtiyac içində olan uşaqlar üçün yaxşı keçməsini diləyirəm".