Ölkə futbolu
Con van Loen Hollandiya mətbuatına "Qarabağ"dan danışdı
"Qarabağ"ın idman direktoru Con van Loen Avropa Liqasını…
"Qarabağ"ın idman direktoru Con van Loen Avropa Liqasının play-off mərhələsindəki “Tvente” ilə oyunla bağlı təəssüratlarını bölüşüb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan hollandiyalı çalışdırıcı həmin oyunla bağlı bu sözləri deyib:
“Qarabağ” xüsusi klubdu. Komanda oyunlarını Bakıda keçirir. Çünki Ağdam təmsilçisi öz şəhərindən 300 km uzaqdadı. Buna səbəb Ağdamın 1993-cü ildən etibarən işğal altında olmasıdı. Bakıdakı oyunu 25 min tamaşaçı 90 dəqiqə boyunca izlədi. Son illərdə Ağdam ətrafından Bakıya insanlar gəlirlər. Burada da Avropa futbolu insanlar arasında populyardı”.
Bundan əlavə Hollandiya millisinin sabiq futbolçusu Bakının inkişafından da söhbət açıb: “Bakını ikinci Dubay adlandırırlar. Bura meqapolisdi, çoxlu qədim tikililər var. Şəhər AÇ-2020-də çoxlu qonaq qəbul etməyə hazırlaşır. Bundan başqa digər əlamətdar hadisə odur ki, 2015-ci il Avropa oyunları burada keçiriləcək. Bakı həqiqətən gözəl şəhərdi”.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” görüşünün Bakıdakı hissəsi 0:0 hesabı ilə başa çatmışdı. "Atlılar" Hollandiyadakı matçda rəqibi ilə 1:1 bərabərə qalaraq, qrup mərhələsinə vəsiqə qazanmışdı.