Dünya futbolu
Daha bir türk La Liqada çıxış etməyə çox yaxındı
İspaniya “Real Sosyedad”ının yeni baş məşqçis…
İspaniya “Real Sosyedad”ının yeni baş məşqçisi David Moyes qış transfer dönəmində komandasını gücləndirmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, şotlandiyalı mütəxəssisin transfer siyahısında bir türk futbolçunun adı yer alıb.
Söhbət “Liverpul”un türk əsilli almaniyalı yarımmüdafiəçisi Əmrə Candan gedir. Moyes onun qış transfer dönəmində heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 20 yaşlı futbolçu əvvəllər “Bavariya”, və “Bayer" (Leverkuzen) kimi klublarda çıxış edib.