Dünya futbolu
Şükürovun klubunda stadion qalmaqalı, işə millət vəkili də qarışdı
Azərbaycan millisinin üzvü Mahir Şükürovun …
Azərbaycan millisinin üzvü Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” klubu yeni stadionunun tikintisi ilə bağlı problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisi hazırda qəzalı vəziyyətdə olan “İzmir Alsancaq” stadionunun yerində yeni arena inşa etmək istəsə də, yerli bələdiyyə bununla bağlı problem yaradır.
Artıq bu məsələ ilə AKP İzmir Millət vəkili Binəli Yıldırım da ciddi şəkildə maraqlanır. O, cari problemlə bağlı fikrini belə izah edib:
”İzmir bölgəsinə belə bir stadion inşa etmək istəyirik. Bu elə bir idman kompleksi olacaq ki, klubun ehtiyacı olan bütün maddi bazalar onun daxilində yerləşəcək. Artıq bunun planı qurulub və lazım olan maliyyə vəsaiti də ayrılıb. 3 nəfər bizə qarşı məhkəmədə iddia qaldırıb. Karşıyaka Bələdiyyə sədrinə təklif edirəm ki, Mustafa Kamal Atatürkün sevimli klubuna dəstək olsun və iddiasını geri çevirsin. Bu kluba sahib çıxacağıq. Nə olursa olsun, biz bütün maneələri aşaraq stadionu tikəcəyik”.
Qeyd edək ki, “Karşıyaka” klubunun “İzmir Alsancaq” stadionu qəzalı vəziyyətdə olduğu üçün onlar ev oyunlarını Busa şəhərindəki arenada keçirir.