Dünya futbolu
"Yeni Neymar" "Çelsi"nin hədəfində
Joze Mourinyonun rəhbərlik etdiyi “Çelsi” heyəti…
Joze Mourinyonun rəhbərlik etdiyi “Çelsi” heyətini gücləndirməyə davam edir. Futbolinfo.az xəbər verir ki, “zadəganlar” yenə Braziliya çempionatına üz tutublar.
Belə ki, ingilis klubu “Korintians”ın 17 yaşlı istedadı Malkolm Silva ilə maraqlanır. Ölkəsinin “Yeni Neymar”ı adlanan futbolçunun dəyəri isə 25 milyon avrodu.
Qeyd edək ki, Silva ilə İngiltərənin digər böyük klubları “Arsenal” və “Mançester Yunayted” də maraqlanır.