Dünya futbolu
"Beşiktaş" braziliyalı hücumçu üçün danışıqlara başladı
Türkiyənin "Beşiktaş" klubu qış transfer dön?…
Türkiyənin "Beşiktaş" klubu qış transfer dönəmində yeni futbolçu ilə heyətini gücləndirmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı hücumçu Hernanenin xitmətində maraqlıdı.
Hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nasr"da çıxış edən 27 yaşlı forvard komandasında xoşbəxt deyil. Bu səbəbdən də braziliyalı karyerasını Avropada və ya ölkəsində davam etdirmək istəyir. "Globo Esporte" nəşrinin yazdığına görə, istanbullular artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, bu yay ölkəsinin "Flamenqo" klubundan "Əl-Nasr"a keçən Hernane komandada keçirdiyi 4 ay ərzində sadəcə 1 qol vura bilib.