Dünya futbolu
Sonqdan “Arsenal” etirafı
"Vest Hem"də icarə əsasında çıxış edən "…
"Vest Hem"də icarə əsasında çıxış edən "Barselona"nın yarımmüdafiəçisi Aleks Sonq mövsümlərarası fasilədə vaxtilə çıxış etdiyi "Arsenal"a qayıtmaq istədiyini eriraf edib. Futbolinfo.az xəbər verir ki, buna baxmayaraq, kamerunlu futbolçu London klubunun onunla maraqlanmadığını bildirib:
"Yayda "Arsenal"a qayıtmaq istəyirdim, ancaq klub istəmədi. Həyat belədi. Heç kimdən küsmürəm. Fabreqas da ora qayıtmaq istəyirdi. Ancaq "Arsenal" onun transfer etməkdən imtina etdi. Bu, əsl sürpriz idi. İndi mən onun oyununu izləyirəm və "Çelsi"də əvvəlkindən də yaxşı çıxış edir".
Sonq 2005-12-ci illərdə “Arsenal”da forma geyib.