Ölkə futbolu
Hücumçumuz oynadı, komandası gerilədi
Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” klubu növbəti matçına çıxıb.
Manisalılar səfərdə “Altınordu” ilə qarşılaşıb. Görüş qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç oyuna start heyətdə başlayıb. Sona qədər meydanda qalan futbolçumuz 35-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Manisaspor” bu matçdan sonra 14 xalla turnir cədvəlinin 17-ci pilləsinə geriləyib.