Dünya futbolu
Avropanın ən yaxşı braziliyalısı bəlli oldu
Ənənəvi olaraq hər il Braziliyada məşhur "Sambafoot"…
Ənənəvi olaraq hər il Braziliyada məşhur "Sambafoot" saytının təşkil etdiyi "Samba d'Or" mükafatının qalibi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı jurnalistlər Avropa klublarında oynayan ən yaxşı braziliyalı futbolçunu seçiblər.
Səsvermənin nəticəsinə əsasən, 1-ci yerə “Barselona”da forma geyinən Neymar laiq görülüb. O, 29,2 faiz səs toplayaraq ilk pillənin sahibi olub. 2-ci yer “Atletiko”lu (Madrid) Miranda, 3-cü yer isə Türkiyə "Qalatasaray"ının yarımmüdafiəçisi Felipe Melonun olub.
Qeyd edək ki, səs vermədə iştirak edən münsiflər arasında “Qalatasaray”ın baş məşqçi köməkçisi və Braziliya millisinin əfsanəsi Klodio Taffarel də olub.