Ölkə futbolu
Əfran İsmayılov yeni klubu ilə rəsmi müqavilə imzaladı
Bakı "İnter"i yeni ildə ilk transferini reallaşdırıb. …
Bakı "İnter"i yeni ildə ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, "bankirlər" bir neçə gün öncə "Xəzər Lənkəran"dan ayrılan Əfran İsmayılovla anlaşıb.
Bakı klubu 26 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalayıb.
Xatırladaq ki, "İnter" yanvar ayının 2-də Türkiyənin Antalya şəhərinə toplaşacaq. Növbəti gündən isə komanda məşqlərə start verəcək. Bakılılar vətənə yanvarın 24-də qayıdacaq.
(Klub saytı)