Dünya futbolu
İstanbul derbisi öncəsi şad xəbər
Türkiyə Superliqasının 16-cı turu çərçivəsind…
Türkiyə Superliqasının 16-cı turu çərçivəsində evdə Digər İstanbul nəhəngi "Qalatasaray"la qarşılaşacaq "Beşiktaş" sevindirici xəbər alıb. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın 2 zədəli futbolçusu Gökhan Törə və Vəli Kavlak sağalıb.
Hər iki oyunçu bu gün komanda ilə birgə məşq edib. Onların derbi matçında komandalarına kömək edə biləcəyi gözlənilir.
Qeyd edək ki, "Beşiktaş" – "Qalatasaray" qarşılaşması yanvarın 4-də keçiriləcək.