Ölkə futbolu
"Qarabağ"la oyunda soyulduq"
"Canal +" televiziyasının futbol şərhçisi Pyer Me…
"Canal +" televiziyasının futbol şərhçisi Pyer Menes ölkəsi Fransanın "Sent-Etyen" klubunu tənqid atəşinə tutub. Futbolinfo.az xəbər verir ki, 51 yaşlı yazar "ağ-yaşıllar"ın Avropa Liqasındakı çıxışını biabırçı adlandırıb.
O, söhbət əsnasında Liqa 1 təmsilçisininin "Qarabağ"la qrup mərhələsində keçirdiyi oyunlara da toxunub: "Səmimiyyətlə deyirəm, mən onların oyununu izləməkdən imtina etdim. Onların 8 oyuna ancaq 3 qol vura bilməsi dəhşətlidi. Məni ən çox məyus edən bəzi azarkeşlərin "Qarabağ"la oyunda soyulduq" deməsidi. Söhbət hələ heç bir yerdə olmayan klubdan gedir. Onlar heç FİFA-da da yoxdular. Digər klublarımız daha çətin qrupda idilər deyə onları hardasa başa düşmək olar. Amma bunları yox".
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" "Sent-Etyen"lə Bakıda 0:0, Fransada isə 1:1 bərabərə qalmışdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə