Dünya futbolu
Podolski “İnter”də
İngiltərənin "Аrsenal" klubunun forvardı Lukas Podolski…
İngiltərənin "Аrsenal" klubunun forvardı Lukas Podolski komandanı tərk edib. Futbolinfo.az xəbər verir ki, alman hücumçu rəsmən İtaliya “İnter”inə transfer olunub. Almaniya millisinin futbolçusu tibbi müayinədən keçmək üçün Milana gedib. Lukas İtaliyada azarkeşlər tərəfindən izdihamla qarşılanıb. 30 yaşlı futbolçu “İnter”də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 2012-ci ildə “Arsenal”a transfer olunan Podolski əsas heyətdə yer tapmaqda çətinlik çəkirdi.