Dünya futbolu
Alveşin müqaviləsi yenilənməyəcək
“Barselona”nın müdafiəçisi Dani Alves mö…
“Barselona”nın müdafiəçisi Dani Alves mövsümün sonunda komandanı tərk edəcək. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 31 yaşlı müdafiəçi ilə müqavilənin müddətini uzatmaq niyyətində deyil. İspaniya mətbuatının məlumatında bildirilir ki, La Liqa nəhəngi yeni mövsümdən etibarən həmin mövqedə gənc futbolçular Martin Montoya və Mark Bartraya güvənəcək. Braziliyalı futbolçunun “Barsa” ilə müqavilsi ilin mayın sonunda başa çatır.
Alves 2008-ci ildən "Barselona"da oynayır.