Dünya futbolu
Perez rəsmən “Valensiya”da
İspaniyanın "Valensiya" klubu yanvarda ilk transferini rea…
İspaniyanın "Valensiya" klubu yanvarda ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, "yarasalar" 28 yaşlı Enzo Perezi heyətə cəlb edib. "Benfika"nı La Liqa təmsilçisinə dəyişən argentinalı futbolçu "Mestalla"da azarkeşlərin qarşısına çıxıb. 8 mindən çox fanatın iştirak etdiyi təqdimatda Perez azarkeşlərə müraciət edib:
"Mən çox həyəcanlıyam. Hər şeydən əvvəl dəstəyiniz üçün minnətdaram. Mənə inanan və 6 ay gözləyən hər kəsə təşəkkürümü bildirirəm. İlk vaxtlardan "Valensiya"nın planlaşdırdığı layihənin uğuruna inanmışam. Ümid edirəm ki, 2015-ci il mənim üçün yaxşı keçəcək. Oğlumun dünyaya gəlişindən bəri hər zaman 15 nömrəli formanı geyinmişəm. Debüt oyunuma tezliklə çıxmaq istəyirəm. Baxmyaraq ki "Valensiya"da yeniyəm, amma meydanda mübarizə aparmağa həvəsim böyükdü. Debüt oyunum qollarla yadda qalsa, daha yaxşı olar. Kimin fərqlənməsi deyil, komandanın qələbə qazanması vacibdi. Bizi Madrid "Real"ıyla çətin matç gözləyir. Lakin "Real” da məğlub edilə bilər. Rəqibin yüksək səviyyəli futbolçuları var. Ancaq meydanda hər şey 11-11-ə həll olunur".