Ölkə futbolu
"Karşıyaka" Şükürovla bağlı dəyişiklik etdi
Azərbaycan millisinin üzvü Mahir Şükürov sağ ci…
Azərbaycan millisinin üzvü Mahir Şükürov sağ cinah müdafiəçisi mövqeyindən mərkəz müdafiəçisi mövqeyinə keçirilib. Futbolinfo.az xəbər verir ki, buna səbəb təcrübəli müdafiəçinin formasını geyindiyi “Karşıyaka” klubunda futbolçu qıtlığının yaşanmasıdı.
İzmir təmsilçisində ilk dəfə cəzalı duruma düşən mərkəz müdafiəçisi Cenk Güvənçin yerinə 32 yaşlı həmyerlimizin oynayacağı dəqiqləşib. Baş məşqçi Yusuf Şimşək mərkəz müdafiəçisi Ramazan Salı Mahir Şükürovla yanaşı oynadacaq.
Qeyd edək ki, Türkiyə PTT 1-ci Liqasında bu gün “Karşıyaka” çempionatın lideri “Kayserispor”la qarşılaşacaq.