“Bakı”nın prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında növbəti görüşünü keçirib. Futbolinfo.az xəbər verir ki, "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) ifadəsini formasında daşıyan komanda 11-ci tur çərçivəsində evdə “Nim”lə üz-üzə gəlib.
 
“Lans”ın bu matçda qələbə qazanması komandanı turnir cədvəlinin 2-ci pilləsinə yüksəldəcəkdi. Qarşılaşmada 1 dəfə qol səsi eşidilib. Kolibali 84-cü dəqiqədə fərqlənərək çılğın "Lans" azarkeşlərini sevindirib – 1:0.

Shares: