Rusiyanın idman naziri Mixail Deqtyarev ölkəsinin U-15 millisinin bu il Azərbaycanda keçiriləcək dünya çempionatına dəvət olunmasına münasibət bildirib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, nazir bu xəbərdən çox məmnunluq duyduqlarını deyib.
O, bununla beynəlxalq arenaya qayıtmaları yolunda FIFA-nın ilk addımı atdığını söyləyib: “Biz FIFA-nın Rusiya millisinin bu ilin oktyabrında Azərbaycanda keçiriləcək dünya çempionatında və U-15 Festivalında iştirak etməsinə icazə vermək qərarını alqışlayırıq. Bu, Rusiya komandalarının beynəlxalq idmana qayıtması istiqamətində vacib addımdır”.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabrda Azərbaycanda keçiriləcək.
