“Qarabağ”ın futbolçusu Leandro Andradenin Ukraynanın “Polessye” klubuna keçidi rəsmiləşib.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu transferdən əldə etdiyi gəlir müəyyənləşib.

Daha əvvəl bəzi mənbələr transferin ukraynalılara başa gəldiyi məbləğlə bağlı müxtəlif versiyalar irəli sürmüşdülər. Son məlumata əsasən, bu keçid Azərbaycan komandasının 3 milyon avroluq gəlir əldə etməsi ilə nəticələnib. “Qarabağ” yarımmüdafiəçinin satışından 4-5 milyon dollar qazanmaq niyyətində olsa da, sonda 3 milyonluq təklifə müsbət cavab verib.

Leandro Andrade “Polessye” ilə 3 illik müqavilə imzalayıb.

Shares: