Bu gün Topaz Premyer Liqasında 10-cu tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ikinci dövrənin açılış turunun son oyun günündə iki görüş baş tutub.
 
Turnir cədvəlinin hazırkı lideri “Qarabağ” son pillədə qərarlaşmış “Sumqayıt”ı sınağa çəkib. Görüş gözlənildiyi kimi, qonaqların üstünlüyü şəraitində keçib. Darmadağınla qalib gələn Ağdam klubu yenidən birinci pilləyə yüksəlib.
 
Hesabat turu daha bir paytaxt derbisi ilə yadda qalıb. Mövsümə uğurlu başlayan, lakin son turlarda qeyri-sabit oyun göstərən “Bakı” doğma meydanında son 4 oyunda qələbə qazana bilməyən AZAL-ı sınağa çəkib. Bu görüşdə meydan sahibləri iki erkən qol vursalar da, üstünlüyü qoruya bilməyiblər. "Təyyarəçilər" ikinci yarıda vurulan qol sayəsində heç-heçəyə nail olublar.
 
Topaz Premyer Liqası
10-cu tur
20 oktyabr (bazar)
 
Sumqayıt – Qarabağ – 0:3 (0:1)
Qollar: M.Muarem, 5 (0:1), Reynaldo, 56 (0:2), M.Muarem, 59 (0:3).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança.
 
SUMQAYIT: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 4. Samir Abasov, 5. Kərim Diniyev, 9. Orxan Əliyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov.
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Corc Leroy, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 55. Bədavi Hüseynov.
 
Bakı – AZAL – 2:2 (2:1)
Qollar: R.Əliyev, 11 (1:0), R.Əliyev, 22 (2:0), B.Arsenyeviç, 29 (2:1), Y.Fomenko, 69 (2:2).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
BAKI: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k), 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 6. Vadim Abdullayev, 10. Aleksandar Soliç, 19. Marius Pena, 21. Elvin Məmmədov, 30. Vüqar Bəybalayev.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 28. Emin Cəfərquliyev, 14. Habil Nurəhmədov, 21. Rey Məmmədbəyli, 30. Yuri Fomenko, 16. Freddi Borq.
 
Turun digər oyunları: Neftçi – Rəvan – 2:1, Simurq – Xəzər Lənkəran – 1:2, İnter – Qəbələ – 0:1.
 
1 Qarabağ 10 6 3 1 17 4 13 21
2 Neftçi 10 6 3 1 14 7 7 21
3 Qəbələ 10 6 1 3 15 9 6 19
4 AZAL 10 4 3 3 11 13 -2 15
5 Bakı 10 4 2 4 18 12 6 14
6 XL 10 3 4 3 9 10 -1 13
7 Simurq 10 3 4 3 9 9 0 13
8 İnter 10 3 1 6 16 16 0 10
9 Rəvan 10 1 3 6 5 21 -16 6
10 Sumqayıt 10 1 2 7 5 18 -13 5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).
Shares: