"Qalatasaray"ın futbolçusu Hamit Altıntopun zədəsinin ciddi olduğu bildirilib. Futbolinfo.az xəbər verir ki, futbolçunun əməliyyat olunmasına qərar verilib. 

Altıntop 28 oktyabr tarixində əməliyyat olacaq. Futbolçunun fevral ayının ortalarına qədər meydanlardan kənarda qalacağı deyilib. Qeyd edək ki, təcrübəli futbolçu belindəki zədədən əziyyət çəkir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp