“İnter”in prezidenti Georgi Nikolov komandasının qeyri-sabit çıxışından danışarkən bəyan edib ki, qış transfer pəncərəsində heyətlə bağlı bəzi dəyişikliklərə əl atacaqlar. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
“Köklü dəyişikliklər olmayacaq. Amma bəzi futbolçuların göndərilməsi, yeni oyunçuların alınması istisna deyil. Baş məşqçi Kaxaber Sxadadze bizə hücum xəttində çatışmazlıqların olduğunu bildirib. Bu üzdən də qışda ilk növbədə hücum xəttini gücləndirəcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp