Rusiya Futbol İttifaqından gələn yeni təklifə baxmayaraq, Fabio Kapello bu qurumla növbəti müqaviləni imzalamaqdan imtina edib. Futbolinfo.az xəbər verir ki, bu ölkənin mətbuatında yayılan xəbərlərə görə, 67 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirməklə bağlı ciddi düşünür.
Rusiya millisini DÇ-2014-ün final mərhələsinə çıxarmağı bacaran Kapello Braziliyadakı yarışdan sonra konkret hansı sahədə çalışacağı ilə bağlı qərar verəcək: “Rusiya yığması ilə qrup birinci olmaq asan deyildi. Çünki bizim Portuqaliya kimi rəqibimiz vardı. Mən İngiltərə və 12 il DÇ-nin final mərhələsinə çıxa bilməyən Rusiya kimi komandalardan dəvət almışam və buna sevinirəm. Buna baxmayaraq, məşqçilik karyeramın sonlarına yaxınlaşdığımı düşünürəm”.





