Premyer Liqa

"Qəbələ" "Bakı" ilə oyuna 2 itki ilə hazırlaşır

Topaz Premyer Liqasının 34-cü turu çərçivəsind?...

Səs süni intellektlə yaradılıb.

Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində Qəbələdə "Bakı"nı qəbul edəcək "qırmızı-qaralar" matçın hazırlıqlarını doğma məkanda davam etdirir. Futbolinfo.az xəbər verir ki, ötən turdan ("Neftçi" – "Qəbələ" 1:2) sonra bir gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn "qırmızı-qaralar" srağagündən məşq prosesini bərpa edib.
 
Ötən gün Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" matç öncəsi son məşqini bu gün keçirəcək.
 
Xatırladaq ki, "Qəbələ"-"Bakı" görüşü mayın 7-də saat 17:00-da start götürəcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Shares: