"Milan"ın baş məşqçisi Filippo İnzaqi son vaxtlar futbolçuların ona qarşı intizamsız davranışlartı ilə bağlı radikal addım atıb. Futbolinfo.az xəbər verir ki, gənc çalışdırıcı növbəti turda "Cenoa" ilə oyun gününə kimi futbolçularını bazada saxlayacaq. 
İnzaqi məsələyə belə münasibət bildirib: "Mən çox təəssüflənirəm. Bu, yenidən təkrarlanmamalıdı. Əminəm ki, bu hal çərşənbə günü baş verməyəcək. Əks təqdirdə narahat olmağa başlayacağıq. Bu axşam biz Milanelloda yatacağıq".
Xatırladaq ki, Pippo "Udineze" ilə oyundan sonra avtobusda futbolçuları tənqid etmişdi. De Yonq İnzaqinin tənqidlərinə dözməyərək "Sən "Milan"ın baş məşqçisi olmağa layiq deyilsən" ifadəsini işlətmişdi. "Milan" – "Cenoa" qarşılaşması isə sabah keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp