Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə məğlub edən "Qəbələ" istirahətdədi. Futbolinfo.az xəbər verir ki, komanda ayın 8-i saat 16:00-da bir araya gələcək. 
Komandada 2 itki var. Belə ki, Rafael Santos və George Floresku zədəlidi. Cənublularla matçda xəsarət alaraq, sıradan çıxan Dodonun isə zədəsi ciddi deyil. 
Qeyd edək ki, "qırmızı-qaralar" növbəti matçını oktyabrın 18-də səfərdə "Neftçi"yə qarşı keçirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp