Moldova millisinin yeni baş məşqçisi Stefan Stoyka yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıc noyabrın 17-də Azərbaycan millisinə qarşı keçirəcəkləri matçdan danışıb. 
Stoyka bildirib ki, bu qarşılaşma onun üçün çox vacibdir: “Çox narahatam. Azərbaycana qarşı görüş bir test olacaq. 4 oyunçumuz zədəli olsa da, yaxşı nəticəyə ümid edirəm. Çox əhəmiyyətli bir görüşümüz var. Yeni müqavilə bağlamışam və ilk oyundan nəyə qadir olduğumuzu bilməliyəm. Bakıda bizi çətin qarşılaşma gözləyir. Ümid edirəm ki, öhdəsindən gələcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp