Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sonuncu oyununu keçirib. 

Futbolinfo.az xəbər verir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan futbolçularımız 1:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, yığmamız ilk görüşündə Makedoniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən görüşdə penaltilər seriyasında qələbə qazanmışdı – 6:5. Xorvatiya ilə növbəti görüşün də əsas vaxtında qalib müəyyənləşməmişdi (1:1), penaltilər seriyasında isə rəqib üstün olmuşdu – 3:2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp