UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Atalanta” səfərdə “Valensiya”ya 4:3 hesabı ilə qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, italyanların 4 qolunun müəllifi olan Yosip İliçiç turnirin tarixinə keçib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

32 yaşlı hücumçu Çempionlar Liqasının pley-off mərhələlərində poker edən ilk futbolçu olub.

Bundan başqa, İliçiç komandalar arasında keçirilən ilk oyunda da (4:1) bir qolla yadda qalmışdı. Sloveniyalı futbolçu Çempionlar Liqasının ardıcıl iki oyununda 5 qolla yadda qalan 3-cü futbolçu olub. Buna qədər “Barselona”nın futbolçusu Lionel Messi və hazırda “Yuventus”un şərəfini qoruyan Kriştiano Ronaldo “Real”ın heyətində bunu bacarmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp