“Qəbələ”nin daha bir futbolçusu üçün mövsüm erkən bitib.

Futbolinfo.az xəbər verir ki, Yaovi Akakpo son turun “Səbail”lə oyununda sıradan çıxdığı üçün uzunmüddətli istirahətə yollanıb.

Legionerin diz bağları qırılıb. Əməliyyat olunacaq futbolçunun meydana qayıtması üçün çox uzun müddət tələb olunur.

Belə zədələr çox az hallarda qeydə alınır. Amma qismətdən son bir ayda lider komanda 2 üzvünün məhz diz bağlarının qırılmasına şahidlik edib. Daha öncə eyni zədəni alan Rüfət Əhmədov da mövsümü erkən bağlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp