Bizi izləyin

Ölkə futbolu

2023-cü ildən yadda qalanlar

blank
blank

Başa çatmaq üzrə olan 2023-cü il Azərbaycan futbolu üçün bir çox məqamlarla yadda qaldı. Müsbət, tarixi hadisələr yaşandığı kimi, təəssüf ki, mənfi, bədbəxt olaylar da baş verdi. Ölkə futbolunda ilin yekununa həsr olunmuş bu yazıda ən önəmli hadisələrə yer verdik.

II Liqanın yaradılması, 34 komandalı Azərbaycan Kuboku

Bu ilin ən müsbət məqamlarından biri I Divizionun əvəzedicilərin çempionatından ayrılması və II Liqanın yaradılması oldu. AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısında qəbul edilən qərarlar sayəsində komandaların sayı artdı, futbol daha çox bölgəyə yayılaraq kütləviləşdi.

2023/2024 mövsümündə Premyer Liqa və Azərbaycan Kuboku ilə yanaşı, əvəzedicilərin çempionatı, I Liqa və II Liqanın keçirilməsi ilə bağlı futbolumuz adına faydalı qərarlar verildi. Nəticədə ölkə kubokunda yeni mövsüm 34 komandanın (10 Premyer Liqa, 10 I Liqa, 14 II Liqa) iştirakı ilə start götürdü.

Legioner həyatına axın

Bu il həm də bir neçə futbolçumuzun ölkə xaricinə çıxışı ilə əlamətdar oldu. Milli komandamızın xeyli sayda üzvü legioner həyatı yaşamağa yollandı. Ramil Şeydayev Tailandın “Buriram Yunayted”, Musa Qurbanlı İsveçin “Yurqorden”, Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor”, Coşqun Diniyev “Ümraniyespor”, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”, Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya”, Cəlal Hüseynov Bolqarıstanın “Arda”, Araz Abdullayev isə Kosovonun “Llapi” klubuna keçdi.

Bundan əlavə, Renat Dadaşov İsveçrənin “Qrasshopper” klubunu Türkiyə təmsilçisi “Hatayspor”a dəyişdi, Mahir Emreli isə icarə əsasında çıxış etdiyi “Konyaspor”dan müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıtdı.

Mutunun gəlişi və gedişi

Ötən mövsüm azarkeşlərinin etimadını doğrultmayan “Neftçi”də strukturla bağlı islahatlar aparıldı. Həmçinin baş məşqçi postunda dəyişiklik edildi və rumıniyalı Laurentsiu Regekampfı həmyerlisi, ötənlərin məşhur hücumçusu Adrian Mutu əvəzlədi. İyulun 11-də “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə Mutu arasındakı görüşdə 2 illik müqavilə imzalandı. Büdcəsi artırılan “Neftçi” yeni mövsümə “Qarabağ”ın hegemonluğuna son qoymaq və çempion olmaq həvəsi ilə başlasa da, çox keçmədi ki, verilən vədlərin, deyilən sözlərin təsir gücünün olmadığı təsdiqini tapdı.

Əslində, məşqçi kimi uğuru və təcrübəsi olmayan Mutunun “ağ-qaralar”a əvvəlki əzəmətini qaytara bilməyəcəyi gün kimi aydın idi. Sadəcə, Mutulu “Neftçi” “mutlu” gedişata ümid edirdi ki, rumın çalışdırıcısı klub rəhbərliyinin etimadını doğrultmadı. Onunla əməkdaşlığı dayandırmaq üçün isə nəinki müqavilənin, heç ilin sonunu da gözləməyə ehtiyac duyulmadı. Nəticədə 2023-cü ilə Regekampfla başlayan, Mutu ilə davam edən ən tarixi klubumuz il bitməmiş yeni baş məşqçisi Miodraq Bojoviçin təqdimat mərasimini keçirməyə də fürsət tapdı.

Bizi ağladan Şəhriyar

Avqustun 25-də Azərbaycan futboluna ağır itki üz verdi, futbol ictimaiyyəti və azarkeşləri sarsıdan xəbər yayıldı. Millimizin sabiq futbolçusu, “İnter”, “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının forma geyinmiş Şəhriyar Rəhimov 34 yaşında həyatla vidalaşdı.

Xərçəng xəstəliyindən əziyyət çəkən və bu səbəbdən bir müddət öncə karyerasını bitirən Rəhimov müalicə aldığı Türkiyədə gözlərini əbədi yumdu. Şəhriyar təkcə oyunu və qolları ilə deyil, ilk növbədə insanlığı və mədəniyyəti ilə yaddaşlarda qalacaq.

İsveç üzərindəki tarixi qələbə və Eminin “sənət əsəri”

AÇ-2024-ün seçmə mərhələsində ümumilikdə uğursuz çıxış edən Azərbaycan milli komandası noyabrın 16-da tarixi nəticəyə imza atdı. Səfərdəki qarşılaşmada 0:5 hesabı ilə uduzduğumuz İsveç yığmasını Bakıdakı görüşdə 3 cavabsız qolla üstələdik. Bu, millimizin tarixi ərzində İsveç üzərindəki ilk qalibiyyəti oldu.

Oyunun qəhrəmanı Emin Mahmudovun 89-cu dəqiqədə meydanın mərkəzindən vurduğu qol, daha doğrusu, “sənət əsəri” isə hələ uzun illər xatırlanacaq.

De Byazinin gedişini şərtləndirən “axmaq” addım

Azərbaycan yığmasının baş məşqçisi postunda yetərincə vaxt qazanan, bunun müqabilində isə ortaya tutarlı iş qoya bilməyən Canni de Byazi ilə yollar məhz bu ildə – noyabrın 22-də ayrıldı. AÇ-2024-ün seçmə mərhələsini Belçikaya 0:5 hesablı məğlubiyyətlə, cəmi 7 xalla və sondan 2-ci pillədə bitirən millimizin italyan çalışdırıcısı oyunsonrakı mətbuat konfransında üzrxahlıq etmək əvəzinə, meydandankənar taktiki səhvi ilə də gedişini qaçılmaz etdi.

Belçikadakı mətbuat konfransında ona sual verən azərbaycanlı jurnalistləri “axmaq” adlandıran de Byazinin bu təhqiri cavabsız qalmadı. Nəticəsi və davranışı adekvat olan italyan, nəhayət, evinə yola salındı.

Azərbaycanın Çempionlar Liqasındakı tək təmsilçisi

Ötən il UEFA-dan tarixi təyinat alan, ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu (“Kopenhagen” – “Borussiya” Dortmund) idarə edən FİFA referimiz Əliyar Ağayev 2023-cü ildə də Azərbaycanı ÇL-də təmsil edən şəxs oldu. Belə ki, qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçirilən “Srvena Svezda” – “Mançester Siti” matçının baş hakimi məhz Əliyar oldu.

Ağayev ingilislərin 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada dörd futbolçuya sarı vərəqə göstərdi.

“Qarabağ”dan növbəti ilk

Uğurları ilə azərbaycanlı futbolsevərləri dəfələrlə sevindirmiş, avrokuboklarda ölkəmizi layiqincə təmsil edən “Qarabağ” növbəti tarixi nailiyyətinə bu il imza atdı. Dekabrın 14-də Bakıda İsveçin “Hakken” klubunu 2:1 hesabı ilə məğlub edən “köhlən atlılar” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəldilər.

Çempionlar Liqasında mübarizəni erkən dayandırdıqlarına görə kəskin tənqid olunan Qurban Qurbanov yenə cavabını səbrli davranışı və gördüyü sanballı işlə verdi.

PFL rəhbərliyinin üzləşdiyi qəza

Dekabrın 16-nı pis xəbərlə açdıq. Məlum oldu ki, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Xankəndiyə gedərkən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində ağır qəzaya düşüblər. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan PFL rəsmiləri – Elxan Səmədov, Aslan Şahgəldiyev, Zaur Hacıməhərrəmov, Sənan Abdullayev və Elgiz Abbasov, həmçinin sürücü Rasim Qafarlı öncə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirildilər, elə həmin gün də Bakıya göndərildilər.

Xoşbəxtlikdən, qəzanın nəticələri faciəvi olmadı və PFL rəsmilərindən bəziləri artıq xəstəxanadan evə buraxılıblar, bəzilərinin isə müalicələri davam etdirilir.

Xankəndidə tarixi oyun

Dekabrın 21-i ölkə futbolu tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu işğaldan azad edilən Xankəndi şəhərində keçirildi. Tarixi matçın Ağdam təmsilçisi ilə Mərkəzi Ordu İdman Klubu arasında baş tutması qarşılaşmaya xüsusi anlam qatdı.

30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində keçirilən ilk rəsmi oyunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadiondan izlədilər. Prezidentin matçdan öncə çıxışı, rəmzi şəkildə topa ilk zərbəni vurması, oyunu şəhid övladları ilə birgə izləməsi oyuna əlavə dəyər qatdı. Futbol bayramı “Qarabağ”ın minimal hesablı üstünlüyü ilə başa çatsa da, hər iki komanda meydanı qalib kimi tərk etdi.

Külək, niyə belə əsirsən, külək?

İlin yaddaşlardan silinməyəcək son hadisəsi isə dekabrın 23-də Tovuzda baş verdi. Misli Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində, daha dəqiq desək, 81-ci dəqiqəsində güclü küləyin təsirindən stadionun işıq dirəklərindən biri aşdı. Xoşbəxtlikdən hadisə ölüm-itimlə nəticələnmədi. Projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə matçı yarımçıq dayandırdı və görüşün son 10 dəqiqəsinin ertəsi gün oynanılmasına qərar verildi.

Bədbəxt hadisə zamanı güclü küləyi günahlandıranlar olsa da, bu məsələdə məsuliyyəti klubun daşıdığı birmənalıdır. İşıq dirəyinin aşması təkcə “Turan Tovuz”a deyil, digər klublarımıza da belə məsələlərdə daha məsuliyyətli davranmağın vacibliyini göstərdi.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm