Bizi izləyin

Digər idman növləri

2023-ün idman nəticələri: kim nəyi bacardı?

blank
blank

Başa çatmaqda olan 2023-cü il Azərbaycan idmançılarının yeni nailiyyətləri və uğursuzluqları lə əlamətdar oldu. Bu il ərzində ölkə idmanında baş verən mühüm hadisələrə xronoloji ardıcıllıqla nəzər yetirmək məqsədəuyğundur.

İlin ilk qələbəsini şahmatçımız Günay Məmmədzadə qazandı. O, Çinin Sian şəhərində “The Road to Vorld Chess Vomans Summit”  beynəlxalq turnirində 7 ölkənin 12 şahmaçısının iştirakı ilə yarışda çempion oldu.

Özbəkistanın paytaxtı Daşkənddə qılıncoynadanların dünya kubokunun komanda yarışlarında Azərbaycan seçməsi ən güclülər sırasına çıxdı. Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət heyət  Kanada, Fransa, Macarıstan kollektivlərinə qalib gəldikdən sonra, finalda Bolqarıstan millisinə uduzaraq Dünya Kubokunun gümüş medalını qazandı.

Yazın ilk ayında güllə atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa çempionatında ikiqat uğur qazandı. 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda gümüş medala yiyələnən idmançımız eyni zamanda 33-cü Yay Olimpiadasına lisenziyanı təmin etdi.

Buxarestdə 23 yaşadək güləşçilərin Avropa çempionatında seçmə komandamız ən güclülərdən olduğunu təsdiqlədi. Güləşin 3 növü üzrə yarışıların ümumi yekunlarına görə Azərbaycan 6 qızıl, 3 gümüş və 3 bürünc medalla qitədə birinci yerə çıxdı.

Qadın boksçumuz Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında tarixi nəticə göstərdi. O, ən ağır çəkidə bürünc medal qazandı. Bu, yerli qadın boksçularımızın dünya çempionatlarında ilk mükafatı oldu.

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” futbol klubları arasında xeyriyyə oyunu keçirildi. Oyun Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım məqsədilə təşkil olunmuşdu. Hamının böyük maraq göstərdiyi və qardaşlıq görüşü adlandırdığı matç Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz birliyinin daha bir nümunəsi kimi yadda qaldı. Oyunda əldə olunan bütün gəlir qardaş ölkəyə göndərildi.

Azərbaycan atleti Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində mükafat qazanmaqla yanaşı, həm də qitə rekordçusu oldu. Birdən qaldırmada 136,  təkanla isə 167, ümumi hesabda 303 kiloqram nəticələrlə idmançımız 3 gümüş medala layiq görüldü.

Ümumiyyətlə, mövsümün birinci rübündə beynəlxalq yarışlarda Azərbaycan idmançıları 38-i qızıl, 25-i gümüş, 44-ü bürünc olmaqla 107 medal qazandı.

Aprel ayında Bakı Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsini qəbul etdi. Ayın digər vacib hadisəsi güləş üzrə Avropa çempionatı oldu. Pəhləvanlarımız Xorvatiyanın paytaxtı Zaqrebdə uğurla çıxış etdilər. Sərbəst güləş turnirində Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olan ilk güləşçimiz kimi  tarixə düşdü. Ümumən 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat qazanan sərbəst güləşçilərimiz komanda hesabında ötən il olduğu kimi bu dəfə də Avropa çempionu oldu. Qadın güləşində isə Mariya Stadnik 9-cu dəfə Avropa çempionu titulunu qazandı.

May ayı idman həyatında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş müxtəlif turnirlərlə əlamətdar oldu. Əvvəlcə Mingəçevirdə “Prezident kuboku-2023” beynəlxalq reqatası təşkil edildi. Mayın 5-də Bakıda yubiley münasibətilə “Baku Open 2023” beynəlxalq şahmat festivalı keçirildi. İki gün sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu”nda 20 minədək atlet starta çıxdı.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə oyunu iki ölkənin qardaşlıq əlaqələrinin daha bir nümunəsi kimi əlamətdar oldu.

Qətərin paytaxtı Dohada cüdoçuların dünya çempionatında Azərbaycan millisi elə də uğurlu çıxışı ilə yadda qalmadı. Komandamız çempionatda cəmi bir medal qazandı. Daşkənddə keçirilən boks üzrə dünya çempionatında isə ölkəmiz iki medalla kifayətləndi.

Artıq ənənə halını alan turnirlərdən biri – bədii gimnastika üzrə Avropa çempionatı paytaxtımızda təşkil edildi. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv üç lent və iki topla hərəkətlərdə Avropa çempionu oldu. Mayın sonunda  isə Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı baş tutdu. Ölkəmizdə keçirilməsinə baxmayaraq idmançılarımız turnirdə ciddi uğura imza ata bilmədilər.

Yayın ilk günündə Polşanın Krakov şəhərində III Avropa oyunlarının təntənəli açılışı oldu. 13 növ üzrə 86 idmançı ilə təmsil olunan Azərbaycan, yarışlarda ümumilikdə 11 medal qazanaraq 24-cü oldu. Bu da 2-ci Avropa oyunları ilə müqayisədə xeyli geriləmə demək idi.

İyul ayının ən maraqlı hadisələrindən biri şahmat üzrə Dünya Kuboku oldu. Yarış  keçmiş dünya çempionu, norveçli Maqnus Karlsenin qələbəsilə başa çatdı. Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni qrossmeyster Nicat Abbasov göstərdi. Heç kimin gözləmədiyi halda, Nicat 4-cü nəticə göstərməklə “İddiaçılar turniri”nə vəsiqə qazandı.

Bakıda daha bir mötəbər yarış yeniyetmə həndbolçu qızların Avropa birinciliyi idi. Təəssüf ki, bu yarışda milli komandamız rəqiblər üçün top fərqini düzəltmə rolunu oynadı.

Bakıda idman atıcılığı üzrə dünya çempionatı respublikamızda bütövlükdə mövsümün ən mötəbər yarışlarından biri idi. Turnir yüksək təşkilatçılığı ilə diqqəti çəkdi.

Bakıda uğursuz çıxış edən taekvandoçularımız  Estoniyanın paytaxtı Tallində Avropa çempionatında 3 medal əldə etdi. 58 kq çəkidə Qasım Məhəmmədov qitə çempionu oldu.

Avqust ayının sonuncu günündə  “Qarabağ”  futbol klubu qitə kubokunda qrup mərhələsinə düşməklə tendensiyanı davam etdirdi. Ağdam futbolçuları bu uğura Avroliqanın pley-off mərhələsində  Sloveniyanın “Olimpiya” komandasını səfərdə 2:0, Bakıda isə 2:1 hesabı ilə məğlub edərək nail oldular.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda  ağır atletika üzrə dünya çempionatında Dadaş Dadaşbəyli  yüksək nailiyyət əldə etdi. O, ağır çəkidə  birdən 180, təkanla isə 223 kiloqram ağırlıq qaldıraraq hər iki hərəkətdə  bürünc medal qazandı.  403 kiloqram nəticə ilə Dadaş Dadaşbəyli dünya çempionatını ümumi hesabda da 3-cü yerdə başa vurdu.

Payızın ilk günündə Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start verildi. Sərbəst üsulla mübarizədə millimizin iki üzvü – Məhəmmədxan Məhəmmədov və Osman Nurməhəmmədov gümüş medal qazandı.

Yunan-Roma güləşi üzrə yarış isə millimizin yüksək nailiyyətlərilə əlamətdar oldu. 55 kiloqram çəkidə  Eldəniz Əzizli qalib gələrək üçqat dünya çempionu tituluna yiyələndi.  Rafiq Hüseynov isə 82 kiloqramda ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.Yunan-Roma güləşçilərimiz 120 xalla ümumi hesabda  ilk dəfə müvafiq yarışlarda 1-ci yeri tutdu. 

Noyabr ayında Azərbaycan gimnastları İngiltərədə böyük nailiyyət qazandılar. İngiltərənin Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya çempionatında  Adil Hacızadə, Mixail Malkin, Tofiq Əliyev və Elnur Məmmədovdan ibarət  milli komanda qızıl medala layiq görüldü. Mixail Malkin tamblinq üzrə  fərdi yarışda da dünya çempionu oldu.

Zəfər günü münasibətilə Bakıda  “Qələbə qaçışı” noyabrın ən kütləvi idman tədbiri idi. “Qürurla irəli” şüarı ilə təşkil edilən və xeyriyyə məqsədi daşıyan yarışda  2 minədək atlet Dənizkənarı Milli Parkda 10 kilometr məsafəni qət etdi.

Dekabrın son günləri Azərbaycan idmanı “Qarabağ”ın adı ilə yadda qaldı. Əvvəlcə Ağdam təmsilçisi  UEFA Avropa Liqasında tarixi uğur qazandı. Qrup mərhələsinin son oyununda İsveçin “Hekken” klubunu 2-1 hesabı ilə məğlub edən futbolçularımız  ilk dəfə olaraq müvafiq turnirin pley-of mərhələsinə adladı.

Ardınca isə hər bir azərbaycanlının fəxarətlə seyr etdiyi hadisə baş verdi. Uzun fasilədən sonra Azərbaycanın ən gözəl yerlərindən biri, illərdir işğal altında olan Xankəndidə ölkə kubokunun oyunu keçirildi. Ağdamın “Qarabağ” və Bakının OMİK komandaları arasında oyun 1:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatdı. Xankəndidə yeganə qolu  komandanın gənc futbolçusu Nəriman Axundzadə vurdu.

Ümumilikdə , 2023-cü ildə də idmand kifayət qədər uğurlar əldə edildi. Lakin bütün bunların əhəmiyyətli olub-olmaması gələn il keçiriləcək Yay Olimpiya Oyunlarındakı nəticələrdən asılıdır.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm