Norveçin Stavanger şəhərində mötəbər “Norway Chess 2024” klassik şahmat turnirinin 3-cü mərhələsi başa çatıb. Onun nəticələrindən sonra  hindistanlı qrossmeyster Rameşbabu Praqnanandha yarışın vahid lideri olub.

Klassik şahmat. 3-cü turun nəticələri:

Rameşbabu Praqnanandha (Hindistan) – Maqnus Karlsen (Norveç) – 3/0;

Fabiano Karuana (ABŞ) – Dinq Lijen (Çin) – 3/0;

Hikaru Nakamura (ABŞ) – Alirza Firuzja (Fransa) – 1,5/1.

3 turdan sonra Praqnanandha 5,5 xalla turnir cədvəlinə başçılıq edir. Sonrakı yerdə 5 xalla Karuana gəlir. Karlsen 3 xalla ilk üçlüyü tamamlayır. Lijen, Firuzja və Nakamuranın hərəyə 2,5 xalı var.

“Norway Chess 2024” iyunun 7-dək davam edəcək. Yarışın reqlamentinə əsasən, klassik partiyada heç-heçə olduğu halda eyni rəngli fiqurlarla Armageddon oynanılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp