AFFA İntizam Komitəsi iki komandanı azarkeşlərinin davranışına görə cərimələyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Əvəzedicilər Liqasında 36-cı turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.

İkinci Liqada pley-off mərhələsinin “Şəfa” – “Hypers” matçında da meydan sahiblərinin fanatları eyni davranışla yadda qalıblar. İntizam Komitəsi buna görə “Şəfa”nı 150 manat cərimələyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp