Fransa millisinin hücumçusu Antuan Qrizmann Olimpiya Oyunlarında oynamaq arzusunda olduğunu etiraf edib.
“Həmişə bunu istəyirdim, bu, mənim arzum idi. Hazırda icazə məsələsinə klubum qərar verir. Hər şey son günlərdə həll olunacaq, amma bu, mənim “Atletiko”dakı gələcəyimi təhlükəyə atmayacaq. Avro-2024 və Olimpiya Oyunlarında iştirak, mövsümü nəzərə alsaq, yorucudur. Qərarı özüm verəcəyəm, bilirəm ki, klub da mənim tərəfimdə olacaq”, – deyə “Foot Mercato”ya müsahibəsində Qrizmann bildirib.
Xatırladaq ki, Parisdəki Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Fransa millisinin heyəti iyunun 3-də açıqlanacaq.