Antonio Konte Viktor Osimheni itirə biləcəyi ilə barışıb. Yaxınlarda “Napoli”nin baş məşqçi postuna təyinat alıb 3 illik müqavilə bağlayan mütəxəssis aparıcı futbolçunun satılmaq ehtimalından narahat deyil.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis nigeriyalı hücumçunun klub rəhbərliyi lə bu barədə razılığı olduğunu bilir: “Vəziyyəti anlayıram, Osimhenlə klub arasında razılıq var. Viktor klubunu dəyişmək istəyir, rəhbərlik də razılıq verib. Yəqin ki, tələb olunzn məbləğ ödənildiyi halda, onu saxlaya bilməyəcəyik”.

Konte planlarını buna uyğun qurur: “Viktor getsə, yeni hücumçu alacağıq. Qeyri-müəyyənlikdən qurtulmaq lazımdır. Osimhen əla futbolçudur, amma ondan asılı qala bilmərik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp