Mario Ruy ABŞ-yə köçməyə yaxındır. MLS klublarından “Dallas” onu azad agent kimi heyətinə qatmağa çalışır.
Futbolinfo.az xəbər verir ki, “Napoli”dən ayrılan cinah müdafiəçisi Avropada qalmaq istəyir. Amma ona arzuladığı təklifi göndərən yoxdur. Bu səbəbdən portuqaliyalı futbolçu okeanın o tayına yollanmağın əleyhinə deyil.
“Benfika” yetirməsi olan 33 yaşlı oyunçu 2011-ci ildən A Seriyasında oynayır. O, 2018-ci ildən çıxış etdiyi Neapol təmsilçisində 123 matça 3 qol vurub.