Digər idman növləri

Millimiz EEVZA çempionatında beşinci oldu

2e679faf 8282 3331 83ab c2b3ab7ef772 850 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatını beşinci pillədə başa vurub.

Futbolinfo.az xəbər verir ki, komandamız Latviyanın Cesis şəhərində keçirilən yarışın 1/4 finalında Latviyaya uduzub.

İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrupda Latviya və Estoniyaya, pley-offda Litvaya qalib gəlmişdi.

Azərbaycanın qızlardan ibarət U-18 yığması isə mübarizəni qrup mərhələsində dayandırıb.

Shares: