Bu gün Misli Premyer Liqasında 20-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyunu “İmişli” ilə “Qarabağ” arasında baş tutub. Ağdam təmsilçisi bu oyunda tək qolla qalib gəldi.
İlk oyun gününün digər qarşılaşması “Zirə” ilə “Karvan-Yevlax” arasında keçiriləcək.
“Kəpəz” – “Neftçi” və “Araz-Naxçıvan” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Turan Tovuz” və “Qəbələ” – “Sabah” görüşləri fevralın 16-da keçiriləcək.
Misli Premyer Liqası
20-ci tur
14 fevral
“İmişli” – “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 79.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
Quba OİK-in stadionu, 14:30.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 94. Rafael Vyeqas, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 10. Nikola Karaklaiç, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.
Qarabağ: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.






