Misli Premyer Liqasında mövsümünün sonuncu – 33-cü turunun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün keçiriləcək sonuncu oyun da Sumqayıtda baş tutacaq.

“Araz-Naxçıvan” burada “Zirə”ni “qəbul edəcək”. Oyunu Əkbər Əhmədov idarə edəcək.

Daha öncə “Qəbələ” “Şamaxı”ya qalib gəlib (3:1), “Turan Tovuz” “Sabah”a (1:2), “Sumqayıt” “Qarabağ”a (3:4), “Kəpəz” “Neftçi”yə (0:1) uduzub. Turun və mövsümün son oyununda sabah “İmişli” “Karvan-Yevlax”la qarşılaşacaq.

Misli Premyer Liqası
33-cü tur

23 may

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
“SOCAR Polymer Arena”. 19:00.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 8. Coşqun Diniyev, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.
Zirə: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 9. Davit Volkov, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 11. Junior Martins, 17. Ayron Qomis, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Shares: