“Bizim üçün çox yaxşı mövsüm oldu. Çempionlar Liqasında fantastik oyunlar keçirdik” – bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Emmanuel Addai deyib.
Qanalı oyunçu Misli Premyer Liqasının son turunda “Sumqayıt”a 4:3 hesabı ilə qalib gəldikləri matçdan sonra bu barədə danışıb: “Çempionlar Liqasında pley-off oynadıq. Yəni bu da Azərbaycan üçün tarixi hadisə idi, biz də tarix yazdıq. Ondan sonra liqaya kökləndik və qızıl medallara sahib çıxmaq istədik. Amma bu baş vermədi. İstənilən halda bizim üçün əla mövsüm idi”.
“Çempionluğu qazanmamağı özünüz üçün çox pis hal sayırsan” sualına isə Addai belə cavab verib: “Yox, bunu pis hal saymıram. Hər zaman çempion ola bilməzsən. Biz buna çalışdıq, əlimizdən gələni etdik. Hər zaman birinci olmaq istəyirik. Amma bu mövsümkü səhvlərimizdən dərs çıxardıq”.
“Qarabağ”la müqaviləsi bitən futbolçu yeni sözləşmə imzalayıb-imzalamayacağından danışmaq istəməyib: “Buna heç bir şərh verə bilmərəm”.






