Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, onun çıxış etdiyj Polşanın “Qurnik Zabje” klubu məlumat yayıb.
Klub eyni zamanda 40 yaşlı futbolçunun “Qurnik”in səhmdarlardan birinə çevrildiyini də təsdiqləyib.
Podolskinin futbolçu kimi son oyunu Polşa çempionatının son turunda “Radomyak”a qarşı matç olacaq.
Təcrübəli hücumçu Almaniya millisində 130 oyuna çıxaraq 49 qol vurub. O, yığma ilə dünya çempionu olub, həmçinin Avropa çempionatlarında gümüş və bürünc medal qazanıb. Podolski klub karyerası ərzində “Bavariya”, “Arsenal”, “Köln”, “Qalatasaray”, “Vissel Kobe”, “İnter” və “Antalyaspor”un formasını geyinib.






