Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 1-ci Liqanın sonuncu – 27-ci turunda “Səbail”i məğlub edən “Mingəçevir” “Qəbələ”yə rəqib olub.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran “Mingəçevir” turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.

“Səbail” isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.

Beləliklə, 1-ci Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan “Qəbələ” ilə pley-off maçında üz-üzə gələcək.

1-ci Liqa
27-ci tur

22 may

Zaqatala – Şəfa 2:1

Şahdağ Qusar – Baku Sportinq 1:1

Mingəçevir – Səbail 4:1

Shares: