Futbol üzrə dünya çempionatında 1/16 finalın oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün beşqat dünya çempionu Braziliya millisi meydana çıxacaq.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdə “sambaçılar” Yaponiya ilə üz-üzə gələcək.
Gecə saatlarında daha iki oyun baş tutacaq. Dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:30-da start götürəcək. Gecənin digər görüşü Niderlandla Mərakeş arasında baş tutacaq. Bu görüşün start fiti 05:00-da səslənəcək.
DÇ-2026
1/16 final
29 iyun
21:00. Braziliya – Yaponiya
30 iyun
00:30. Almaniya – Paraqvay
05:00. Niderland – Mərakeş
