Azərbaycanın qadın basketbolçulardan ibarət U-20 millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Basketbol Federasiyasından bildirilib.

Komanda B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.

Shares: