Üzgüçülük üzrə ikiqat olimpiya çempionu, amerikalı Qretçen Volş 50 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunu təzələyib. Volş İtaliyanın Roma şəhərində keçirilən “Yeddi təpə” yarışlarında bu məsafəni 23,55 saniyəyə qət edib.

Bundan əvvəl 50 metr məsafəyə sərbəst üsulla üzmədə rekord digər amerikalı üzgüçü Keyt Duqlasa məxsus idi (23,59 saniyə). O bu rekordu 10 gün əvvəl ABŞ-nin İndianapolis şəhərində keçirilən “TYR Pro Series” turnirində müəyyənləşdirmişdi.

2024-cü il Olimpiya oyunlarında Qretçen Volş iki qızıl (4×100 m kompleks estafet və 4×100 m qarışıq estafet) və iki gümüş medal (100 m batterflay və 4×100 m sərbəst üsulla estafet) qazanıb.

Shares: