Misli Premyer Liqasında mövsümünün sonuncu – 33-cü turunun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə, “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Vüqar Həsənli olacaq.
Günün digər oyunu da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” burada “Zirə”ni “qəbul edəcək”. Oyunu Əkbər Əhmədov idarə edəcək.
Daha öncə “Qəbələ” “Şamaxı”ya qalib gəlib (3:1), “Turan Tovuz” “Sabah”a (1:2), “Sumqayıt” “Qarabağ”a (3:4) uduzub. Turun və mövsümün son oyununda sabah “İmişli” “Karvan-Yevlax”la qarşılaşacaq.
Misli Premyer Liqası
33-cü tur
23 may
“Kəpəz” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 15:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
“SOCAR Polymer Arena”. 19:00.





