Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, Yarışın üçüncü günündə qızlardan ibarət komandamız 1 qızıl və 1 bürünc medal qazanıb.

Ülviyyə Musayeva (33 kq) finalda türkiyəli Yamur Minaza tam üstünlüklə (11:0) qalib gələrək Avropa çempionu olub. O, bu qələbə ilə Azərbaycan qadın güləşində U15 yaş qrupu üzrə Avropa çempionu olan ilk idmançı kimi tarixə düşüb.

Mədinə Kərimova (46 kq) təsəlliverici görüşdə rusiyalı Şanka Malçinovaya 5:2 hesabıyla qalib gəlib. Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada isə türkiyəli Karin Güleri “tuş”la üstələyərək bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşi üzrə millinin son təmsilçisi Fikrət Baxşəliyev (85 kq) isə fəxri kürsünün bir addımlığında dayanıb. Təsəlliverici görüşdə xorvatiyalı Stefan Çavriçə (9:0) gücünü göstərən həmyerlimiz bürünc medal uğrunda mübarizədə belaruslu Nikola Osipova məğlub olub – 2:9

Shares: