Xosep Qvardiolanın “Mançester Siti”dən gedişi rəsmən elan edilib.
Bununla əlaqədar klub bəyanat da yayıb. Bəyanatda həmçinin baş məşqçinin adının əbədiləşdiriləcəyi də qeyd edilib. Şimal tribunasında tikiləcək yeni sektor onun adını daşıyacaq.
Xatırladaq ki, Qvardiola 10 il “Mançester Siti”nin baş məşqçisi olub. İşlədiyi ikinci mövsümdə o, komandanı çempion edib. Pep İngiltərə futbolu tarixində bir komanda ilə çempionatda 100 xal toplayıb. Bundan başqa onun rəhbərliyi altında MS ardıcıl 4 dəfə ölkə çempionu olub. Bu da İngiltərədə yeganə hadisədir.
İspaniyalı mütəxəssislə “Mançester Siti” Çempionlar Liqasını da qazanıb. Qvardiola dünya tarixində iki dəfə qızıl het-trik edən yeganə məşqçidir.






